Prezident İlham Əliyev Naxçıvan MR Hərbi Məhkəməsində sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərovun ali hərbi rütbədən və dövlət təltiflərindən məhrum edilməsi haqqında sərəncam imzalayıb.

Mia.az xəbər verir ki. sərəncama əsasən, Vəli Məmiş oğlu Ələsgərovun ağır cinayətlər törətdiyinə görə məhkum edilməsi barədə məhkəmə hökmünün qanuni qüvvəyə minməsini və Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin təqdimatını əsas götürülərək, belə qərar verilib:

1. Vəli Məmiş oğlu Ələsgərov general-leytenant ali hərbi rütbəsindən, 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordenindən, "Hərbi xidmətlərə görə” və "Vətən uğrunda” medallarından məhrum edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.