Prezident İlham Əliyevin Türkiyə Respublikasına işgüzar səfəri oktyabrın 10-da başa çatıb.

Mia.az Azertac-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı İstanbulun Atatürk Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Türkiyənin yüksək səviyyəli dövlət və hökumət nümayəndələri yola salıblar.