Türkiyədə işgüzar səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Görüş Türkiyə prezidentinin İstanbuldakı Tarabya sarayında keçirilib(APA).

Qeyd edək ki, bu gün prezident İlham Əliyev İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresində iştirak etmək üçün Türkiyəyə işgüzar səfər edib.