Türkiyənin İstanbul şəhərinin Yenibosna rayonunun "Şirinevler 75 il" polis mərkəzi yaxınlığında baş verən terrorla bağlı rəsmi açıqlama verilib.

Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul valisi Vasip Şahin polis binasına hücumun partlayıcı yüklənmiş iki motosklet vasitəsilə həyata keçirildiyinii deyib: "Hadisə nəticəsinə biri ağır olmaqla, 5 nəfər yaralanıb".

****

İstanbulda partlayış törədilib.

 

İstanbulun Şirinevler rayonunda 75-ci İl Polis Mərkəzi yaxınlığında içərisində bomba olan avtomobil partladılıb. Partlayışda çoxlu sayda insan yaralanıb. 

 

Hadisə yerinə polislər, xilasedicilər və təcili tibbi yardım heyətləri cəlb olunub.

 

İHA partlayışdan sonra hadisə yerində atəş səslərinin eşidildiyi barədə xəbər yayıb.