Göygöl rayonunda baş verən sel 7 yaşlı uşağın həyatına son qoyub. Hadisə mayın 3-ü axşam saat 17 radələrində Göygöl rayonunun Quşqara kəndi ərazisində baş verib. Kənd sakini, 7 yaşlı Murad Şahvələd oğlu Mehdiyev kənddən keçən Quşqara çayından axan güclü sel sularına düşərək dünyasını dəyişib. Rayon polis şöbəsindən verilən məlumata görə, bütün gecə çay boyu axtarış aparılıb. Nəticədə uşağın cəsədi Nadel kəndi yaxınlığında, çayın keçid hissəsində ilişmiş vəziyyətdə tapılıb(anspress). Hazırda faktla bağlı təhqiqat aparılır.