Tanınmış iqtisadçı Natiq Cəfərli toyuq ətinin və yumurtanın gömrük rüsumlarının artırılması haqqında fikirlərini bölüşüb.
Mia.az-ın məlumatına görə, N.Cəfərli deyib ki, ölkədə yerli istehsalçılar tərəfindən satışa çıxarılan toyuq kolbasaları və sosiskalarının xammalı xaricdən gətirilir, noyabrın 1-dən sonra yerli istehsal olan həmin məhsulların qiymətində ciddi artım olacaq: "Ölkə ərazisində fəaliyyət göstərən broyler şirkətlərinin böyük əksəriyyəti cücə almaq üçün istifadə olunan yumurtaları xaricdən gətirirlər, deməli, həmin məhsulların maya dəyərində, dolayısı ilə satış qiymətində də artım olacaq. Qərarın yerli istehsalçılara "dəstəyi” ancaq həmin şirkətlərin istehsal etdiyi məhsulların qiymətlərinin qaldırmasına yol açmaqdır, zərbə isə yenə sadə vətəndaşın-istehlakçının cibinə dəyəcək".