Milli Demokrat Partiyasının sədri Tufan Kərimli qarşıdan gələn parlament seçkilərində əməkdaşlıq etməyəcəklərini bildirib. Qeyd edək ki, bir müddət öncəyə qədər MDP Demokratiya Uğrunda İttifaqda təmsil olunurdu. Hazırda isə bu ittifaqla əməkdaşlıq etməyəcəklərini bəyan edirlər. Bu barədə Müstəqil İnformasiya Agentliyinə açıqlama verən DUİ-yə daxil olan Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu hər hansı narahatlığa əsas olmadığını deyir: ?Biz Milli Demokrat Partiyası ilə çoxdan sağollaşmışıq. Milli Deokrat Partiyası neçə müddətdir ki, DUİ-də deyil. İclaslara qatılmaqla bağlı davamiyyət problemləri oldu, narazılıq yarandı. Sonra da əlaqələrmiz kəsildi. Milli Demokrat Partiyası çoxdan DUİ-nin üzvü deyil. Məsələ də bitib. Yəni onların bizimlə əməkdaşlıq edib-etməmələri barədə danışmaq yersizdir?.