?Azadlıq? blokunun bu günlərdə keçirdyi aksiyada saxlanılanlar arasında Liberal Partiyanın üzvlərinin AXCP və digər partiyaların nümayəndəsi kimi təqdim olunması narazılıq yaradıb. Belə ki, ALP fəallarından olan Fərrux Cəbiev aksiya zamanı polis tərəfindən saxlanılıb. Amma F.Cəbiyev mətbuatda AXCP-çi kimi təqdim olunub. ALP nümayəndələri isə bunun Müsavat Partiyası tərəfindən hazırlandığı bildirilir. F.Cəbiyev onun cəbhəçi kimi təqdim olunmasını təxribat kimi dəyərləndirir. Onun sözlərinə görə, bu, bilərəkdən atılmış addımdır: ?Amma mən bu cür ayrı seçkiliyin əleyhinəyəm. Bu cür məsələlərdə hamımız vahid mövqedən çıxış etməliyik. Kimin hansı partiyadan olması o qədər vacib deyil. Amm görünür, bəziləri bunu düşünmür, əksinə belə mənasız təxribatçı addımlar atırlar?.