AMİP Gənclər Təşkilatının 5 nəfərdən ibarət nümayəndə heyəti İsveçin hakim Moderat Partiyası Gənclər Təşkilatının dəvəti ilə ?Demokratiyanın prinsipləri? mövzusunda keçiriləcək seminara qatılmaq üçün may ayının 6-dan 12-dək bu ölkədə səfərdə olacaq. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Avropa ölkələri Gənclər Təşkilatlarının iştirakı ilə keçiriləcək tədbirdə AMİP-çi gənclər öz həmyaşıdları ilə fikir və təcrübə mübadiləsi aparacaqlar. Həmçinin, proqram çərçivəsində AMİP-çi gənclər İsveç parlamentində təmsil olunan gənc parlament üzvləri ilə görüşləri də nəzərdə tutulub.