"Demokratik qurumları gücləndirmək üçün indiki Azərbaycan hökümətində ABŞ-ın heç bir tərəfdaşı yoxdur”.

Bunu ABŞ-ın Azərbaycanda keçmiş səfiri Richard Kazlariç "BBC Azərbaycanca"ya müsahibəsində bildirib.

O, Dövlət Departamenti sözçüsünün 26 sentyabr referendumu ilə bağlı şərhlərini"dolaşıq” adlandırıb.

Kazlariç referendumunun demokratik proses kimi təsviri ilə razı olmadığını bildirib.

Keçmiş səfir bu mühitdə ABŞ-ın Azərbaycanda demokratiyanın inkişafına yönəlik necə işləyəcəyini təssəvür edə bilmir.

Kazlariç Azərbaycan hakimiyyətinə qarşı "sakit diplomatiyanın işləmədiyini”vurğulayıb.

Azadliq.org