"Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı ümumxalq səsverməsi demokratik və şəffaf şəraitdə keçib”.

Bunu Milli Məclisin ilk iclasında spiker Oqtay Əsədov deyib. Parlament sədri bildirib ki, ayın 26-da keçirilən referendum Azərbaycan prezidenti İlham Əliyevin uzaqgörən siyasətinə xalqın güclü dəstəyini nümayiş etdirdi: "Ölkəmizin həyatında mühüm dəyişiklik baş verib. Azərbaycanda ümüumxalq səsverməsi keçirilib. Referendumda xalq öz dəstəyini nümayiş etdirib. Ümumxalq səsverməsini yerli və beynəlxalq müşahidəçilər izləyiblər”.