"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün hələlik şərait yaranmayıb".

Bunu ABŞ dövlət katibi Con Kerri Vaşinqtonda Aspen Elmi Tədqiqat İnstitutu və "Atlantik” həftəlik dərgisinin təşkil etdiyi 8-ci illik forumda deyib.

"Müasir dünyada Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kimi bir neçə dondurulmuş münaqişə var ki, onların nizamlanması hazırda mümkünsüz görünür. Hər şeydən əvvəl liderlər buna hazır deyillər. Lakin İsrail-Fələstin münaqişəsi bu tip münaqişələrə aid deyil.

Bu cür münaqişələr mürəkkəbdir, lakin, insanların müəyyən kompleks qərarlar qəbul edəcəyi təqdirdə onları keçmişdə qoymağın yolları mümkündür. Düşünürəm ki, İsrail-Fələstin münaqişəsi bu kateqoriyaya aiddir”, – deyə Kerri vurğulayıb. 

AzVision.az