Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin oktyabr ayı üçün şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəli açıqlanıb.
Qəbul cədvəlini təqdim edirik.
Qeyd edək ki, vətəndaşların qaldırdıqları məsələlər qəbulu keçirən mərkəzi icra hakimiyyəti orqanının səlahiyyətlərinə aid olmalıdır.
| Mərkəzi icra hakimiyyətiorqanı | Qəbulgünü | Qəbulun keçirildiyi şəhər | Əhatə olunan şəhər və rayonlar |
| Ramin Quluzadə Rabitə və yüksək texnologiyalar naziri | 07 | Ağcabədi | Ağcabədi, Beyləqan, Zərdab, Füzuli, İmişli, Xocavənd |
| Oqtay Şirəliyev Səhiyyə naziri | 07 | Ağdaş | Ağdaş, Mingəçevir, Yevlax, Goranboy |
| Hicran Hüseynova Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri | 07 | Abşeron | Abşeron, Sumqayıt, Zəngilan, Qubadlı, Şuşa |
| Mikayıl Cabbarov Təhsil naziri | 10 | Ağdam | Ağdam, Tərtər, Beyləqan, Füzuli |
| Azad Rəhimov Gənclər və idman naziri | 11 | Göyçay | Göyçay, Mingəçevir, Yevlax, Ağsu, Kürdəmir, Ucar, Ağdaş, Zərdab, Bərdə, Tərtər |
| Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin rəisi | 20 | Füzuli | Füzuli, Beyləqan |
| Arzu Rəhimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi | 20 | Abşeron | Abşeron, Sumqayıt, Qubadlı |
| Səlim Müslümov Əmək və əhalinin sosial müdafiəsi naziri | 21 | Qobustan | Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Göyçay |
| Şahin Mustafayev İqtisadiyyat naziri | 21 | Ağcabədi | Ağcabədi, Bərdə, Zərdab |
| Ziya Məmmədov Nəqliyyat naziri | 21 | Ağsu | Ağsu, Şamaxı, İsmayıllı |
| Fazil Məmmədov Vergilər naziri | 21 | Göygöl | Göygöl, Gəncə, Samux, Goranboy, Daşkəsən |
| Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurasının sədri | 21 | Qazax | Qazax, Ağstafa, Tovuz, Şəmkir |
| Mübariz Qurbanlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri | 26 | Beyləqan | Beyləqan, Füzuli, İmişli |
| Zakir Qaralov Baş prokuror | 28 | Beyləqan | Beyləqan, İmişli, Ağcabədi, Tərtər, Ağdam, Füzuli, Laçın, Xocavənd |
| Hüseynqulu Bağırov Ekologiya və təbii sərvətlər naziri | 28 | Tovuz | Tovuz, Qazax, Ağstafa, Şəmkir |
| Fikrət Məmmədov Ədliyyə naziri | 28 | Ağsu | Ağsu, Şamaxı, Kürdəmir |
| Kəmaləddin Heydərov Fövqəladə hallar naziri | 28 | Lənkəran | Lənkəran, Astara, Masallı, Cəlilabad, Lerik, Yardımlı |
| Heydər Əsədov Kənd təsərrüfatı naziri | 28 | Zərdab | Zərdab, Kürdəmir, Ucar, Göyçay, Ağsu |
| Əbülfəs Qarayev Mədəniyyət və turizm naziri | 28 | Masallı | Masallı, Lənkəran, Astara, Yardımlı, Lerik, Cəlilabad |
| Aydın Əliyev Dövlət Gömrük Komitəsinin sədri | 28 | Balakən | Balakən, Zaqatala, Qax |
| Kərəm Həsənov Əmlak Məsələləri Dövlət Komitəsinin sədri | 28 | Sabirabad | Sabirabad, Şirvan, Hacıqabul, Salyan, Neftçala, Saatlı |
| Ramil Usubov Daxili işlər naziri | 29 | Gəncə | Gəncə, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax, Daşkəsən |