ilham Əliyev zahmat məktəbinin açılızında iztirak edib
Prezident İlham Əliyev Cəlilabaddakı şahmat məktəbinin açılışında iştirak edib. Dövlət başçısı açılışı bildirən lenti kəsib və məktəblə yaxından tanış olub.
Prezident İlham Əliyevin ?Azərbaycanda şahmatın inkişaf etdirilməsi haqqında? Sərəncamı və ?2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı?na uyğun olaraq beynəlxalq standartlar səviyyəsində tikilmiş şahmat məktəbinin ümumi ərazisi 550 kvadratmetrdir.
Məktəbin şahmat fiquru olan top şəklində tikilən binası 6 mərtəbəlidir. Hər mərtəbədə yarış, təlim-məşq, xüsusi şahmat proqramları ilə yüklənmiş kompüter zalları var. Bütün mərtəblərdə müasir tipli elektron və maqnit şahmat lövhələri quraşdırılıb. Müasir maddi-texniki bazaya malik olan məktəbdə şahmat üzrə müxtəlif səviyyəli yarışların keçirilməsi üçün hər cür şərait yaradılıb.
Şahmat məktəbinin ərazisindəki ərazi abadlaşdırılaraq, məktəbin girişində şahmat fiqurları quraşdırılıb. Prezident İlham Əliyev burada uşaqlarla şahmat oynayaraq, onlara idman karyeralarında uğurlar arzulayıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08