Bu gün ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iki gün davam edən iclası yekunlaşıb.
Proqnozlaşdırıldığı kimi, FED uçot dərəcəsini dəyişməyərək 0,25-0,5% səviyyəsində saxlayıb(APA).
Qeyd edək ki, ötən ilin dekabrın 16-da FED uçot dərəcəsinin baza faiz dərəcəsini illik 0-0,25% rekord aşağı səviyyə ilə 0,25% artırıb. Bundan sonra keçirilən iclaslarda uçot dərəcəsi dəyişdirilməyib.
Mia.az onu da xəbər verir ki, FED-in bu qərarı Azərbaycanda da dolların kursuna ciddi təsir edəcək. Yəni ekspertlərin proqnozlaşdırdığı kimi, bu qərar dolların manata nisbətən kursunun sabit qalacağına zəmin yaradacaq əsas faktor olacaq.