Azərbaycanın Türkiyədə ən böyük layihəsi olan "Petkim”də Türkiyə polisi növbəti əməliyyatını keçirib.

Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, FETÖ əməliyyatı çərçivəsində "Petkim”də son bir  ay içərisində bir neçə dəfə  polis əməliyyatları aparılıb: "Bu gün isə İzmirdə yerləşən "Petkim”in binasında yenə polis əməliyyatı başlayıb, binada araşdırma aparılır".