Masallı rayon İcra Hakimiyyətində daha bir dəyişiklik olub.
Mia.az Strateq.az-a istinadən xəbər verir ki, icra başçısı Rafil Hüseynovun humanitar məsələlər üzrə müavini Gülşən Xəlilova vəzifəsindən azad edilib: "O, Masallıda fəaliyyət göstərən "ASAN xidmət" mərkəzinə müdir təyin edilib".
Məlumatda Gülşən Xəlilovadan boşalan icra başçısının müavini postuna hələlik təyinatın olmadığı da bildirilib.