Azərbaycanda bir neçə rayonun polis rəisi dəyişdirilib.

Şamaxı rayon Polis Şöbəsinin rəisi Habil Əmiraslanov tutduğu vəzifədən azad edilərək Masallı rayonun Polis Şöbəsinin rəisi, Şirvan rayon Polis Şöbəsinin rəisi Şahin Mirzəyev isə tutduğu vəzifədən azad edilərək Şamaxı rayon Polis Şöbəsinin rəisi təyin olunub.

Qeyd edək ki, bir neçə gün əvvəl Masallı Rayon Polis Şöbəsinin rəisi Nəriman İmanov Nərimanov Rayon Polis İdarəsinin rəisi təyin olunub(APA).

Yeri gəllmişkən, onu da xatırladaq ki, nazir Ramil Usubovun digər əmriylə Yasamal Rayon Polis İdarəsinin (RPİ) 26-cı Polis Bölməsinin (PB) rəisi, polis mayoru Murad Hüseynov vəzifəsindən azad edilərək Xəzər RPİ 1-ci PB-nin rəisi təyin edilib.

1-ci PB-nin rəisi, polis mayoru Zaur Əliyev isə Nəsimi RPİ-nin 22-ci PB-yə rəis təyin olunub.

22-ci PB-nin rəisi, polis polkovnik-leytenantı Mahir Məmmədov isə sərəncama göndərilib.

Qeyd edək ki, M.Hüseynov Azərbaycanın milli qəhrəmanı Tofiq Hüseynovun oğludur(Report).