Sadiq Sadıqov "Azərişıq” Açıq Səhmdar Cəmiyyəti sədrinin birinci müavini vəzifəsindən azad edilib.

Mia.az-ın məlumatına görə, bununla bağlı Azərbaycan prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə S. Sadıqov Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi direktorunun müavini təyin edilib.