Zakir Qaralov növbəti dəfə baz prokuror oldu (yenilənib)
Milli Məclisin bu gün keçirilən iclasında Zakir Qaralovun Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin olunmasına razılıq verilməsi məsələsi müzakirəsi başa çatıb.
Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Z.Qaralovun baş prokuror olmasına Milli Məclisin üzvləri səsçoxluğu ilə razılıq veriblər. Belə ki, səs vermədə 103 nəfər lehinə, 6 nəfəl əleyhinən səs verib.
Qeyd edək ki, spiker Oqtay Əsədov, deputatlardan Əli Hüseynov, Aydın Həsənov, Xanhüseyn Kazımlı, Azay Quliyev Zakir Qaralovun fəaliyyətini müsbət dəyərləndirərək onun baş prokuror vəzifəsinə ən layiqli namizəd olduğunu vurğulayıblar. Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn isə Z.Qaralovun bu günə qədərki fəaliyətini tənqid edib.
Qeyd edək ki, prezident İlham Əliyev də aprelin 27-də Zakir Qaralovun Azərbaycan Respublikasının Baş prokuroru təyin edilməsi haqqında sərəncam imzalayıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08