Prezident İlham Əliyev olimpiyaçıları qəbul edəcək.
Mia.az xəbər verir ki, məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Ağacan Əbiyev bildirib ki, görüş sentyabr ayının 2-də baş tutacaq.
Qeyd edək ki, bu il Rio-de-Janeyroda keçirilən Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları da iştirak edərək medallar qazanıblar.