Bu gün Mərkəzi Seçki Komissiyasının təşkilatçılığı ilə "Referendum prosesində referendumqabağı təşviqat mərhələsi, KİV-in bu prosesdə rol və vəzifələri" mövzusunda konfrans keçirilib.
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, referendumla bağlı təqvim planı hazırlanıb və fəaliyyətini davam etdirir: "Artıq üç təşviqat qrupu qeydiyyatdan keçib. Bu günlərdə təşviqata başlayacaqlar. Seçkilərdə əsas rol KİV-lərin üzərinə düşür. Tədbirin lazımi səviyyədə beynəlxalq qurumlara çatdırmayanda biz uduzmuş olarıq. Biz əsas tərəf müqabilimiz KİV-lərdir".
***
Tədbirdə çıxış edən prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov qeyd edib ki, Azərbaycan seçki və referendum keçirilməsi ilə bağlı böyük təcrübə qazanıb: "İlk dəfə 2002 və 2009 cu ildə referendum keçirilib. İndi də növbəti dəyişikliklər layihəsi təqdim olunub.
Bu aksiyaya tənqidi münasibət bildirən siyasi partiyaların fikirləri də bərabər şəkildə işıqlandırılmalıdır. Təəssüflə qeyd etməliyəm ki, bəzi opponentlərimiz tərəfindən dövlətimizin imicinə zərər yetirən materialların yayılmasının şahidi oluruq”.
Daha sonra Ə. Həsənov qeyd edib ki, Azərbaycanda KİV-in inkişaf konsepsiyası qəbul olunub: "Bu illər ərzində mediaya 40 milyona yaxın vəsait ayrılıb. İstənilən şəxs bloq açıb fikrini yaya bilər. Bu sahədə heç bir problem yoxdur və olmayacaq da".
