Bu gün CHP lideri Kamal Kılıçdaroğlunun avtomobil karvanı bir qrup şəxs tərəfindən atəşə tutulub.

Mia.az xəbər verir ki, hadisə Kılıçdaroğlunun da olduğu avtomobil karvanının Artvin vilayəti istiqamətində hərəkəti zamanı baş verib.

Türkiyə mediası xəbər verir ki, CHP liderini qoruyan cangüdənlər və polislər atəş açan qrupa cavab veriblər. Hadisə zamanı partiya sədri və qoruyucularından xəsarət alan olmayıb:

"Hazırda hadisə yerinə jandarma qüvvələri yeridilib, ətrafda geniş güvənlik və əməliyyat tədbirləri həyata keçirilir".