Türkiyə prezidenti Ərdoğan türk qoşunlarının bu gün Suriyaya girməsinin səbəblərinə aydınlıq gətirib.
Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, o, Suriyada terrorçuluğa son qoymağın vaxtının çatdığını bildirib. Prezident Suriyadakı vəziyyətin onun ölkəsini də təhdid etdiyini deyib:
"Biz artıq Türkiyənin qarşısındakı bütün təhdidləri aradan qaldıracağıq. Türkiyəni parçalaya bilməyəcəksiniz, bu ölkəni diz çökdürə bilməyəcəksiniz, bu xalqa boyunduruq vura bilməyəcəksiniz. Suriya xalqı ölkənin gələcəyi barədə özü qərar verməli və rəhbərliyini seçməlidir. Türkiyə əvvəlki kimi Suriyanın ərazi bütövllüyünü dəstəkləyir.
Bu gün bizi terror təşkilatları və qiyamçılarla mübarizədə tək qoyanlar eyni problemlərlə qarşılaşanda yardım istəmək üçün üzləri olmayacaq. 12, 13, 14 yaşında uşaqları terrorçu kimi yetişdirirlər. Bunlar lənətlidirlər. Qaziantepdəki son terror hücumu artıq səbr kasamızı daşdırdı...".
Mia.az