"ABŞ-ın fəaliyyətini qənaətbəxş hesab etmirəm".

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fətullah Gülənin ekstradisyasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, indiyə qədər 85 qutu sənəd ABŞ-a göndərilib:

"FETÖ ilə bağlı indiyə qədər 85 qutu sənəd ABŞ-a göndərmişik. Sənədləri araşdırdıqlarını deyirlər, ancaq bunu qənaətbəxş hesab etmirəm. Cinayətkarların ekstradisiyası anlaşması olan ölkələrdə əgər bunu bir tərəf tələb edirsə, ikinci tərəf bunu yerinə yetirməlidir. Ancaq burada ipin üstünə un sərilir. Bunu çox açıq şəkildə Baydenə (ABŞ-ın vitse-prezidenti Co Bayden-red) deyəcəyik”.

Axar.az