Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) lisenziyası ləğv edilmiş "Atrabank" və "Qafqaz İnkişaf Bankı" ASC-lərin ləğvedicisi elan edilib.
Bu barədə Mia.az-a Fonddan bildirilib. Məlumata görə, bununla bağlı qərar 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən ötən gün qəbul edilib. Söhbət 2-1(81)-1594/2016 saylı Qərardaddan gedir.
Bununla da hər iki bank rəsmən müflis elan edilib.