Azərbaycan xarici izlər nazirinin müavini Pakistanın müdafiə katibini qəbul edib
Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Pakistan İslam Respublikasının müdafiə katibi Sayed Athar Alini qəbul edib. XİN-in mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, qonaq Pakistan-Azərbaycan siyasi münasibətlərinin cari vəziyyətini yüksək qiymətləndirib, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini bildirib. Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiklərini vurğulayan S.A.Ali ölkəsinin Ermənistan Respublikasını tanımadığını deyib.
X.Xələfov isə Azərbaycanla Pakistan arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu və bundan səmərəli istifadənin münasibətlərin dərinləşməsinə təkan verəcəyini söyləyib. O, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həllinə dair ədalətli mövqeyinin Pakistan tərəfindən dəstəklənməsini yüksək qiymətləndirdiklərini vurğulayıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50