Qırğızıstanın müvəqqəti hökuməti prezident Kurmanbek Bakiyevin istefa barədə bəyanatının əslini əldə edib. Bu barədə müvəqqəti hökumətin nümayəndəsi Edil Baysalov məlumat verib. ?Bu gün Roza Otunbayeva Qazaxıstanın Qırğızıstandakı səfiri və ATƏT-in ölkədəki nümayəndəsi ilə görüşüb. Və görüş zamanı qarşı tərəf Bakiyevin istefa barədə bəyanatının əslini onlara təqdim edib?, - deyə o bildirib. Bir müddət əvvəl isə Bakiyevin qardaşı Əhməd Qırğızıstan prezidentinin istefası barədə faksın saxta olduğunu bəyan etmişdi.