Türkiyənin Diyarbəkir əyalətində terror aktı nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

Onlardan 4-ü polis, 3-ü isə mülki vətəndaşdır. Ölən vətəndaşlardan biri uşaqdır. Məlumata görə, hadisə nəticəsində 6-sı polis olmaqla 21 nəfər yaralanıb.