Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Bakıda işgüzar səfərdə olan Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşüb.

Nazirlərin nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşündə Rusiya ilə Azərbaycan arasında hərbi-texniki sahədə əməkdaşlıq və Dağlıq Qarabağ münaqişəsinin həlli yolları əsas müzakirə mövzusu olub.