Azərbaycan Prezidenti İlham Əliyev avqustun 10-da Qəbələyə səfərini başa çatdıraraq İsmayıllı rayonuna gəlib.
Mia.az Azərtac-a istinadən xəbər verir kir, dövlət başçısı Heydər Əliyevin İsmayıllı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov İlham Əliyevə parkda aparılan abadlıq-quruculuq işləri, həmçinin son dövrdə rayonda görülən işlər və icrası nəzərdə tutulan layihələr barədə məlumat verib.
***
İlham Əliyev "İsmayıllı-2” Su Elektrik Stansiyasının açılışında iştirak edib. Prezident su elektrik stansiyasını işə salıb.
***
İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə İsmayıllıda əsaslı şəkildə yenidən qurulan körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olub.
***
İlham Əliyev əsaslı şəkildə yenidən qurulan Qaraməryəm-İsmayıllı avtomobil yolunun açılışında iştirak edib.
***







