Rio-2016 yay Olimpiya oyunlarında bu günü daha bir cüdoçumuz tatami üzərinə çıxıb.

73 kq çəki dərəcəsində Rüstəm Orucov qazaxıstanlı Didar Hәmzә ilə qarşılaşıb. İdmançımız Didar Hәmzәni mәğlub edib 1/8 finala çıxıb.

O 1/8 finalda avstriyalı Jan Benstedlә qarşılaşacaq.

***

Rüstәm Orucov rəqibini məğlub edərək 1/4 finala çıxıb.

***

Rüstəm Orucov 1/4 final mərhələsində Macarıstan təmsilçisi, 2012-ci il London Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Miklos Unqvarını məğlub edib. Azərbaycan idmançısı yarımfinal mərhələsində Saqi Muki (İsrail) - Nikolas Delpopolo (ABŞ) görüşünün qalibi ilə qarşılaşacaq.

***

Azərbaycan idmançısı yarımfinal mərhələsində İsrail təmsilçisiSaqi Mukiyə qalib gələrək finala keçdi. Bununla da Orucov ən azından gümüş medalı təmin edir.

qafqazinfo