Heydər Əliyev Mərkəzində Azərbaycan prezidenti İlham Əliyevin, İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin və Rusiya Federasiyasının prezidenti Vladimir Putinin görüşü olub.

Söhbət zamanı Azərbaycan, İran və Rusiya dövlətləri başçılarının ilk üçtərəfli görüşünün əhəmiyyəti qeyd edilib.

Ölkələrimiz arasında siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi baxımından bu görüşün önəmi vurğulanıb.

Görüşdə əlaqələrimizin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.