Xəbər verdiyimiz kimi, Əməkdar artist Röya Ayxan avqustun 7-də Türkiyədə keçirilən "Demokratiya və Şəhidlər” mitinqində iştirak edib.
AzNews.az-ın məlumatına görə, müğənni mitinq barədə fikirlərini bölüşərək bildirib ki, qardaş ölkə birlik nümayiş etdirdi: "Çox sevindim və biz bu birlikdə əl-ələ idik. 6 milyona yaxın insan və bütün ulduzlar çiyin-çiyinəydi. Mənzərə möhtəşəm idi. Bir də əsən bayraqlar arasında Azərbaycan bayrağını görmək şərəf idi”.
Müğənni həmin mitinqdə müğənni İbrahim Tatlısəs və Özcan Dənizlə də görüşdüyünü qeyd edib:"Ən yaddaqal dəqiqə "imperator”un əlimi tutub, "Mahnılarını göndər, mən də qulaq asım” deməsi oldu. Bu arada, məni ona Özcan Deniz təriflədi".