Kamran Həsənli, Tarix Əliyev (Tolik), Rauf Əhmədov və Elşad Xose haqqında ən çox mənfi xəbər yayımlanan şou-biznes nümayəndələri olublar. Almaz Ələsgərli isə haqqında ən çox müsbət xəbərlər dərc olunan müğənni olub.
***
Media Təqib Mərkəzi 2016-cı ilin iyul ayı üzrə şou-biznes nümayəndələri ilə bağlı monitorinqin nəticələrini təqdim edir.
2016-cı ilin iyul ayında elektron mətbuatda, yəni sayt və portallarda şou-biznes nümayəndələri ilə əlaqəli 10796 xəbər yerləşdirilib. Bunlardan 236 xəbər mənfi, 24 xəbər müsbət və 10536 xəbər isə neytraldır. Mənfi xəbərlər arasında liderlər: Kamran Həsənli (57 xəbər – bacısının istintaqa cəlb olunması), Tarix Əliyev (45 xəbər – icra başçısının Toliki təhqir etməsi, Dağıstanın üzünü görməyib fəxri ad alanlar başlıqlı xəbərlər), Rauf Əhmədov (34 xəbər – Ağdamın işğal günündə 18+ parti etməsi), Elşad Xose (34 xəbər – Ağdamın işğal günündə 18+ parti etməsi). Müsbət xəbərlər isə Almaz Ələsgərliyə (24 xəbər - "Mövsümün sevilən aktrisası” nominasiyası üzrə təltif olunması) məxsusdur.
Saytlarda xəbər sayına görə sıralama:
|
|
Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 382 xəbər dərc edilib. Bu xəbərlərdən 376-sı neytral, 2-si müsbət, 4-ü isə mənfi xəbərlərdir. Mənfi xəbərlər Teymur Əmrah (2 xəbər – Flora Kərimovanın müğənni haqqında fikirləri) və Kamran Həsənliyə (2 xəbər - bacısının istintaqa cəlb olunması) məxsusdur. Müsbət xəbərlər isə Almaz Ələsgərliyə (2 xəbər - "Mövsümün sevilən aktrisası” nominasiyası üzrə təltif olunması) məxsusdur.
Qəzet və jurnallarda xəbər sayına görə sıralama:
- Tünzalə Ağayeva 32 xəbər
- Flora Kərimova 19 xəbər
- İlhamə Quliyeva 19 xəbər
- Zülfiyyə Xanbabayeva 13 xəbər
- Röya Ayxan 13 xəbər
- Elza Seyidcahan 11 xəbər
- Alim Qasımov 11 xəbər
- Faiq Ağayev 11 xəbər
- Gülyanaq Məmmmədova 11 xəbər
- Aygün Kazımova 10 xəbər
İyul ayında televiziya kanallarında şou-biznes nümayəndələri haqqında 89 xəbər göstərilib.
Televiziya kanallarında xəbər sayına görə sıralama:
- Əlikram Bayramov 5 xəbər
- İlhamə Quliyeva 5 xəbər
- Elariz Məmmədoğlu 4 xəbər
- Rüfət Axundov 4 xəbər
- Kərim Abbasov 4 xəbər
- Rəhim Rəhimli 3 xəbər
- Ədalət Şükürov 3 xəbər
- Cavanşir Məmmədov 3 xəbər
- Gülay Qədirova 3 xəbər
- Nadir Qafarzadə 3 xəbər
Qeyd edək ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.