Fəxri Xanhüseyn oğlu Kazımov "Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təyin edilib.
Mia.az-ın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Məlumat üçün bildirək ki, Fəxri Kazımov Milli Məclisin deputatı Xanhüseyn Kazımlının oğludur.