Liderlər bir araya gələrək müxalifətin əməkdazlıq perspektivlərini müzakirə edəcək
Müxalifət partiyalarının nümayəndələri bir araya gələcək. Belə ki, 23 aprel 2010-cu il, saat 12.00-da Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) müvəqqəti qərargahında ?Müxalifət partiyalarının əməkdaşlıq imkanları? mövzusunda Dəyirmi Masa keçiriləcək. Bu barədə Müstəqil İnormasiya Agentliyinə AMİP mətbuat və informasiya katibi Əli Orucov məlumat verib.
Onun sözlərinə görə, dəyirmi masaya bütün siyasi qüvvələrin rəhbərləri dəvət olunub. Müxalifətin əməkdaşlığı məsələsi ilə bağlı keçiriləcək bu görüşdə müxalifət liderlərinin iştirakı gözlənilir.
Dəyirmi Masaya Kütləvi İnformasiya Vasitələri dəvət olunur.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51