Mərkəzi Seçki Komissiyası DSK-ların fəaliyyəti ilə bağlı monitorinqləri baza çatdırdı
Mərkəzi Seçki Komissiyası dairə seçki komissiyalarının fəaliyyətinin monitorinqini başa çatdırıb. Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, MSK aprelin 5-dən etibarən dairə seçki komissiyalarının fəaliyyətinin monitorinqinə başlamışdı.
Monitorinqlərin aparılması üçün MSK üzvlərindən və Komissiya Katibliyinin əməkdaşlarından ibarət 6 qrup yaradılmış, həmin qruplar seçki prosesində DSK-ların üzərinə düşən vəzifələrin icrası, kargüzarlığın aparılması, DSK-ların maddi-texniki təchizatının vəziyyəti və s. məsələlərlə bağlı hərtərəfli yoxlamalar aparıblar. Monitorinqlər 125 seçki dairəsi dairə seçki komissiyasını əhatə edib. Hazırda monitorinqlərin nəticələri ilə bağlı MSK-da araşdırmalar aparılır və nəticələrə Mərkəzi Seçki Komissiyasının iclasında qiymət veriləcək.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51