Daxili işlər naziri, general-polkovnik Ramil Usubov imzaladığı müvafiq əmrlə Daşkəsən rayonuna yeni polis rəisi təyin edib.

Bu posta Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsində çalışan polis mayoru Fəxrəddin Abbasov gətirilib.

DİN-in mətbuat xidməti faktı "Qafqazinfo”ya təsdiqləyib.