Tovuz rayonu, Dönük Qırıqlı kəndində magistral yolda "Daewoo" markalı avtobus və "Mercedes" markalı mikroavtobus toqquşub. Fövqəladə Hallar Nazirliyinin rəsmi saytının yaydığı məlumata görə, "Daewoo" markalı avtobus dərəyə yuvarlanıb, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb. Avtobusda olan 9 nəfər həlak olub, 15 nəfər xəsarət alıb. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin xilasediciləri müvafiq xilasetmə alət və avadanlıqları vasitəsilə cəsədləri və yaralıları nəqliyyat vasitələrindən çıxararaq aidiyyəti üzrə təhvil verib, həmçinin, hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüblər. Əməliyyat saat 09:20-də başa çatıb.