Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) Rəyasət Heyətinin növbəti iclası keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, iclasda bir sıra məsələlərlə yanaşı, bu ilin payızda keçiriləcək parlament seçkilərinə hazırlıq və növbədənkənar VI (III) qurultayın keçirilməsi məsələsi müzakirə olunub. ALDP sədri Fuad Əliyevin təklifi ilə parlament seçkiləri öncəsi növbədənkənar VI (III) qurultayın keçirilməsi qərara alınıb. Qurultayın oktyabr ayında keçirilməsi planlaşdırılıb. Bununla bağlı Təşkilat Komitəsinin yaradılması da qərara alınıb. Təşkilat Komitəsinə tapşırılıb ki, partiyanın rayon və şəhər təşkilatlarında bu məsələ ilə bağlı iş aparılsın, konfranslar keçirilsin.