Türkiyədə çevrilişə cəhd hadisəsinə görə daha bir general saxlanılıb.

Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu, general-mayor Necip Yılmazdır.

O, "Fətullahçı" terror təşkilatının uğursuz dövlət çevrilişi cəhdindən sonra İstanbul şəhərindəki Hərbi Hava Məktəbinə müvəqqəti olaraq icraçı təyin edilmişdi.

Türkiyəli general bu gün iş yerində saxlanılaraq Ankaraya aparılıb.