Müdafiə Sənayesi Nazirliyi bu gün tabeleyində olan zavodda baş verən partlayışla bağlı KİV-ə müraciət edib.
Mia.az Nazirliyin saytına istinadən həmin müraciəti təqdim edir:
"26 iyul 2016-cı il tarixində saat 15:35 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan ”Araz” zavodunda hadisə baş vermişdir. Baş vermiş hadisə ilə bağlı Müdafiə Sənayesi Nazirliyi tərəfindən rəsmi məlumat veriləcəkdir.
Xahiş edirik, hadisə ilə bağlı məlumat yayarkən MSN-in Mətbuat xidməti ilə əlaqə saxlanılsın".