Bu gün Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsi prezident İlham Əliyevin Zakir Qaralovun yenidən baş prokuror postuna təyin olunması üçün göndərdiyi təqdimata baxıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, hüquq siyasəti və dövlət quruculuğu komitəsi Z.Qaralovun yenidən baş prokuror təyin olunması təşəbbüsünü dəstəkləyib və prezidentin göndərdiyi təqdimatı Milli Məclisin plenar iclasına tövsiyə edib. Təqdimata Milli Məclisin növbəti iclasında baxılacaq. Z.Qaralovun baş prokuror kimi səlahiyyət müddəti aprelin 25-də bitir.