Yasamal rayon Məhkəməsində Azərbaycan Liberal Partiyasının (ALP) lideri Lalə Şövkətin ?Ölkə? qəzetinə qarşı qaldırdığı iddia üzrə işə baxılıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, iclasda ?Ölkə? qəzetinin nümayəndəsi bildirib ki, onda informasiya kifayət qədər deyil, o ətraflı tanış olduqdan sonra etiraz hazırlamalıdır. Bu səbəbdən də məhkəmə aprelin 27-nə qədər təxirə salınıb. ALP sədr əvəzi Əvəz Temirxanın verdiyi məlumata görə, iddiaçı tərəf olaraq məhkəmədə video çəkilişin aparılması ilə bağlı vəsatət qaldırıblar: ?Amma təəssüf ki, cavabdehlər buna etiraz etdilər və məhkəmə də bizim vəsatətimizi təmin etmədi, yalnız görüntü götürməyimizə imkan verdi. Yəni özlərini söz və mətbuat azadlığını müdafiəçisi kimi canfəşanlıq edən ?Ölkə? qəzetinin nümayəndələri özləri bu prinsipin əleyhinə çıxdılar?.