Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə 15 İyul çevriliş cəhdi sonrası demokratiya mesajı verən liderləri Prezident İqamətgahında qəbul edəcək.
O, sabah Baş nazir Binəli Yıldırım, CHP lideri Kamal Kılıçdaroğlu və MHP-in rəhbəri Dövlət Baxçalı ilə birlikdə görüşəcək.
Unikal.org-un haberturk.com saytına istinadən məlumatına görə, görüş Beştəpədəki Prezident İqamətgahında, Türkiyə vaxtı ilə sabahsaat 14.00-da baş tutacaq.
Ərdoğanın görüşdə liderlərə Fetullahçı Terror Təşkilatının (FETÖ) çevriliş cəhdi qarşısındakı qətiyyətli davranışları səbəbiylə təşəkkür edəcəyi, eyni zamanda, yaranmış vəziyyətlə bağlı müvafiq təklifləri siyasi liderlərlə müzakirə edəcəyi gözlənilir.