Ramiz Rzayev növbəti dəfə Ali Məhkəmənin sədri təyin edilib
Prezident İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq Ramiz Yaqub oğlu Rzayevin Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri təyin edilməsi barədə sərəncam imzalayıb.
Ramiz Rzayev 2000-ci il Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini təyin edilib. 2002-ci il 17 yanvar tarixində Prezidentin fərmanı ilə ona 2-ci dərəcəli dövlət ədliyyə müşaviri rütbəsi verilib. R.Rzayev 2005-ci ilin aprelin 19-dan Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri, 2005-ci ildən Azərbaycan Respublikası Məhkəm-Hüquq Şurasının üzvüdür.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08