Prezident İlham Əliyev aprelin 19-da Bakıda keçirilən güləş üzrə Avropa çempionatının qalibi olmuş Azərbaycan idmançılarını, onların məşqçilərini və milli Güləş Federasiyasının rəhbərliyini qəbul edib. Ölkə başçısı güləşçiləri Avropa çempionatında qazanılan qələbə münasibətilə təbrik edib. ?Bu, doğrudan da, böyük uğurdur, Avropa çempionatında 10 medal qazanmaq böyük nailiyyətdir?, - deyən prezident bu qələbənin təsadüfi olmadığını, güləşçilərimizin bir neçə ildir, beynəlxalq çempionatlarda böyük uğurlar qazandıqlarını qeyd edib. Güləşin Azərbaycanda həmişə populyar olduğunu bildirən dövlət başçısı Bakıda keçirilən çempionatda gənc idmançıların uğurlu çıxışlarından şad olduğunu, onların tarixi nailiyyətlərə imza atdıqlarını diqqətə çatdırıb: ?Bu onu göstərir ki, idmanın Azərbaycanda gözəl perspektivləri var. İdmanın kütləviliyi təmin edilib və bütün imkanlar səfərbər olunub ki, Azərbaycanda sağlam həyat tərzi üstünlük təşkil etsin?.