Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun Azərbaycana səfəri başlayıb. Hava limanında jurnalistlərə açıqlama verən Ə.Davudoğlu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və prezident İlham Əliyevlə görüşəcəyini bildirib. Onun Vaşinqtonda ABŞ və Ermənistan rəhbərliyi ilə apardıqları danışıqlar haqda Azərbaycan rəhbərliyini məlumatlandıracağı bildirilir. Ə.Davudoğlunun görüşlərdən sonra xarici işlər naziri Elmar Məmmədyarovla birgə açıqlama verəcəyi gözlənilir.