Azərbaycan Prezidenti İlham Əliyev Mahir Muradova "Əməkdar hüquqşünas” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikasının prokurorluq və məhkəmə hakimiyyəti orqanlarında səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi Mahir Cümşüd oğlu Muradova "Əməkdar hüquqşünas” fəxri adı verilsin.